Müğənni Damla toy sahibini aldatdı - "Beh"i alıb, toya gəlmədi
Tanınmış müğənni Damla toy üçün ev sahibindən "beh" alıb, son anda toya gəlməyib.
Mynews.az GoldNews.az-a istinadən xəbər verir ki, bu haqda azxeber.com-a Masallı rayon sakini Elbrus Nurullayev məlumat verib.
Onun dediyinə görə, oğlunun toyunu idarə etmək üçün Damlanın prodüserinə 600 AZN "beh" verib: "İyul ayının 27-də Masallı rayonun Qızılağac kəndində oğlumun toyu oldu. Toyu idarə etməyi müğənni Damlaya tapşırmaq qərarına gəldik. Onun prodüseri ilə danışıb 600 manat "beh" verdik. Ancaq toyun başlamasına bir neçə dəqiqə qalmış hər birimiz şoka düşdük. Müğənninin prodüseri dedi ki, toya gələ bilməyəcəyik".
Ev sahibi deyir ki, müğənniyə bütün toyu idarə etmək üçün 4 min AZN verəcəklərmiş: "Biz ona bütün toyu idarə etmək üçün 4 min manat verəcəkdik. Toya bir neçə dəqiqə qalmış Damla mərasimə gəlmədi və mən çıxılmaz vəziyyətdə qaldım. Məcbur olub, gedib, başqa müğənni tapdım. Bu mənə çox böyük zərbə oldu".
azxeber.com məsələ ilə bağlı müğənni Damlanın prodüseri Mehin Əliquliyeva ilə əlaqə saxlayıb. O qeyd edib ki, bu cür hallar bundan öncə də baş verib və ola bilər ki, kimsə müğənninin adından istifadə edib.
Qeyd edək ki, ev sahibi müğənninin prodüseri ilə "whatsapp" yazışmasını da redaksiyaya təqdim edib.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 583 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 570 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 566 dəfə oxunub