Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Şəxsi həyatım var: bəzən görüşürəm, hərdən isə yox" - Elnur

“Eurovision 2008” təmsilçimiz, “O səs Türkiyə” yarışmasının qalibi Elnur Hüseynov uzun müddət efirlərdə görünməməsinin səbəbini açıqlayıb. 

Mynews.az axşam.az-a istinadən məlumat verir ki, “Xəzər Maqazin”ə danışan ifaçı bunu Türkiyədə bağladığı müqavilə ilə əlaqələndirib:

“O səs Türkiyə”dən sonra müqavilə imzalamışdım. O müqaviləyə görə heç bir verilişə çıxa, heç bir müsahibə verə bilmirdim. İndi həmin kontrakt bitib. İnşallah, Türkiyədə də, Azərbaycanda mahnılarım olacaq. Özümün elektro-musiqi layihəm var”. 

Elnur Azərbaycanda şou-biznesin olmadığını deyib:

“Bizdə şou-biznes görmürəm. Pislik etmək 5 dəqiqəlik işdir. Amma insan olmaq çətin bir şeydir. Özünü tanımalı, öz-özünlə evdə tək olanda xoşbəxt olmalı və bu xoşbəxtliyi hər kəslə - yaxınlarınla, ailənlə, dostlarınla bölüşməlisən. Ebru xanım (Ebru Gündeş – red.) mənə demişdi ki, sən şanslısan. Çünki türk xalqı səni qəlbinə aldısa, dayanmamalı, bir şeylər etməlisən. İndi də onunla yazışırıq. Çox gözəl insandır, səhnədə də, səhnə arxasında da necə varsa, elədir”.

E.Hüseynov hələlik şəxsi həyatı ilə bağlı düşünmədiyini bildirib:

“Bu barədə hələ fikirləşmirəm. Şəxsi həyatım onsuz da var: bəzən görüşürəm, bəzən görüşmürəm (gülür). Mən sevirəm ki, bir müddət ortaya çıxım, sonra yox olum. Gündəmdə qalmağı o qədər də sevmirəm. Daha yaxşı olar ki, heyvanlarımla evdə oturub mahnılar yazım, günümü keçirim”

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...