Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Flora Kərimova - "Hamı elə bilir bircə qızım var"

"Çox xoşbəxtəm. Almaniyadan oğul nəvəm gəlib. Oğlumun oğlu, canımın canı... Nənəniz qurban boyunuza!"

Bu sözləri sosial şəbəkədə nəvəsi adlandırdığı gənc bir oğlanla fotosunu paylaşan xalq artisti Flora Kərimova yazıb.

Mynews.az bildirir ki, xalq artisti teleqraf.com-a açıqlamasında, indiyə qədər əksəriyyətin onun oğlunun olmasından bixəbər olduğunu bildirib:

"Hamı elə bilir bircə qızım var. Zümrüdüm... Yox, mənim bir oğlum da var. Oktayım... Oğlumun 50-dən çox yaşı olsa da, çoxu mənim oğlumun olmasından bixəbərdir. Yəqin bu onun burda yaşamaması ilə bağlıdır. Oğlum Oktay iki oğlu David və Faiqlə birgə Almaniyada yaşayır. Oğul nəvəm yenicə gəlmişdi yanıma... Sabah təəssüf ki, yenə onu yola salmalı olacağam".

Qeyd edək ki, Flora xanımın Zümrüd adlı bir qızı da var.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...