Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Oksana ilə Elşadın öpüşdüyü filmin təqdimatı olacaq - VİDEO

Rəqqasə Oksana Rəsulovanın rəhbəri olduğu “Oksi media” şirkəti tərəfindən lentə alınan “Mələyin öpüşü” filminin posteri işıq üzü görüb. SİA-nın məlumatına görə, filmin qala gecəsi sentyabrın 14-də “Gənclik Mall”da keçiriləcək. Ekran işində baş rollarda xalq artisti Fuad Poladov, rəqqasə Oksana Rəsulova və reper Elşad Xose çəkiliblər.

Filmin ssenari müəllifi Əlibəy Məmmədli, Əskər Əli Hacızadə, Süleyman Süleymanzadədir. İdeya müəllifi Nərgiz Qasımova, operatoru Elman Əliyevin olduğu ekran işi sentyabrda təqdim eciləcək. "Mələyin öpüşün"də eyni zamanda Münəvvəl Əliyeva, Şamil Süleymanov, İlhamə Qasımova, Şəhriyar Əbilov da rol alıblar.

Filmdə diqqət çəkən məqamlardan biri Oksana ilə Elşadın öpüşmə səhnəsidir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...