Damla 500 manata görə Manaf Ağayevi aldatdı - "Sənin kim olduğunu deyəcəm..."
Müğənni Damlanın adı növbəti qalmaqalda hallanır.
Mynews.az big.az-a istinadla xəbər verir ki, o, dünən Bakıdakı şadlıq saraylarından birində baş tutan toy üçün “beh” alsa da, ev yiyəsinə qarşı saymazlıq edərək toya gəlməyib.
Müğənnilər Şəbnəm Əsədova və Manaf Ağayevin iştirak etdiyi toyda Damla bir saatlıq çıxışı üçün 1500 manat tələb edərək, 500-nü “beh” kimi öncədən alıb.
Qəzəblənən ev yiyəsi buna görə müğənni Manaf Ağayevlə mübahisə edib və bu azmış kimi toyun qonorarını ödəməyib.
Toya görə 8000 manat pul almalı olan Manaf Ağayev və dəstəsi toydan bir qəpiksiz ayrılıblar.
Xatırladaq ki, bir neçə gün əvvəl Damlanın barəsində iyulun 27-də Masallıda baş tutan toy məclisi üçün 600 manat “beh” alsa da, orada iştirak etmədiyi deyilirdi.
İfaçının yaxın ətrafının iddialarına görə, o, narkotik aludəçisi olduğu üçün bəzən ayın tarixini bilmir və bu səbəbdən günlərlə evdə yatmış vəziyyətdə qalır.
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Damlanın prodüseri Mehri Əliquliyeva ilə saxlayıb.
“Şişirdilmiş yazıdır. Düzdür, Damla ilə Manaf Ağayev arasında narazılıq yaranmışdı, lakin artıq məsələ həll olunub. Damla xanım özü də sözügedən xəbər barədə rəsmi açıqlama yayacaq”, - deyə prodüser bildirib.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 990 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 954 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 944 dəfə oxunub