Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kamran Həsənli qadağadan danışdı - "Onların dedikləri artıq iki ildir təkrarlanır"

Teleaparıcı Kamran Həsənli ölkədən çıxışına qoyulan qadağa ilə bağlı danışıb. 

Mynews.az xəbər verir ki, primetime.az-a açıqlama verən Kamran Həsənli bildirib ki, artıq iki ildir qarşı tərəf eyni sözləri təkrarlayır:

"Onların dedikləri artıq iki ildir təkrarlanır. Elə bir şey yoxdur. Onların da konfransı olub, bizim də konfranslarımız olub. Yəni, bunlar köhnə söhbətlərdir. Biz bu barədə danışdıq, yazdıq, pozduq, bitdi. İki il əvvəl deyilən şeyləri yenidən yayımlamaq düzgün bir şey deyil". 

Xatırladaq ki, Samir Piriyev teleaparı Kamran Həsənlini dələduzluqda ittiham edir. İddiaya görə, Samir Piriyev və Kamran Həsənli birlikdə biznes qurmaq istəyib. Bu məqsədlə Samir Kamrana 85 min manat pul verib. Hətta bunu təsdiq edən şahidlərin olmasına baxmayaraq, həmin pul bu günə qədər sahibinə qaytarılmayıb.

Bu gün mediaya açıqlama verən Samir Piriyevin vəkili Ceyhun Yusifov yaxın günlərdə mətbuat konfransı keçirəcəklərini və sözügedən məbləğin batmayacağını bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...