Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kəmalə Müzəffər "Vicdan haqqı"na qayıdacaq? - ilk açıqlama

Əməkdar artist Kəmalə Müzəffər ATV-də yayımlanan "Vicdan haqqı" serialı ilə bağlı açıqlama verib.

Mynews.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa ilk dəfə ekran işinin ikinci mövsümündə iştirak edib-etməyəcəyindən danışıb:

"Hamı çoxlu suallar ünvanlayır ki, seriala qayıdacağam, ya yox. Cavab vermədikcə də, təhdidlər artır. Anlayıram ki, bunların hamısı sevgidəndir. "Vicdan haqqı" serialına qayıtmayacam. Amma mən də olan məlumata görə, başqa bir aktrisa bu obrazı canlandıracaq. İnşaallah, daha möhtəşəm, daha uğurlu və daha fərqli ifa tərzi ilə sizin qarşınıza çıxar və sevginizi qazanar".

Əməkdar artist onu əvəz edəcək aktrisanın kim olduğunu bilmədiyini vurğulayıb.

Qeyd edək ki, K.Müzəffər serialda "Dilarə" obrazını canlandırıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...