Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Meyxanaçılar arasında davası düşdü - “Ələkbər baxsın ki, öz yaxınlarına, əzizlərinə nələr deyiblər” - VİDEO

Hər zaman yerli şou-biznes nümayəndələri arasında qalmaqalları görməyə bir növ adətkərdə olmuşuq. Lakin meyxanaçılar da bəzən bir-biriylə meyxana meydanından kənar da söz davasına çıxırlar, küsürlər, barışırlar.

Bu dəfə meyxanaçılar Ələkbər Yasamallı ilə Elnur Ağdamlı arası dəyir.

Bunun baiskarı isə əməkdar artist, müğənni, bəstəkar, ən nəhayət son zamanlar şairlik edən Elza Seyidcahan olacaq. Bir az əvvələ qayıdıb xatırladaq ki, Zaur Kamalın 5/5 verilişində Elza Seyidcahan şair Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirinə yazdığı nəzirəyə bəstələdiyi mahnını Elnur Ağdamlı ilə birgə ifa etmişdi. Elə əsl həngamə də bundan sonra başlayıb. Ələkbər Yasamallı verilişdə Elza Seyidcahanla Elnur Ağdamlının birgə oxuduğu dueti məsxərəyə qoyub. Həmkarının ünvanına atmaca atan Yasamallı deyib ki, “ha ha ha” qafiyəsini meyxanaçılardan yalnız Elnur Ağdamlı səsləndirə bilər, başqa heç kim bacarmaz: “Bunun üçün kənddə qalmaq lazımdır. Gərək işimi-gücümü atam, kəndə gedəm, “iha ha ha” eləməyi öyrənəm. Təbiət havasında qalmalıyam. Yoxsa, belə alınmaz”.

Onun bu atmacalarından narazı qalan Seyidcahan qarşı tərəfə cavabını gecikdirməyib: “Şəhərdə elə yaxşı “iha ha ha” eləyənlər var ki. Kənddəkilərdən də yaxşı bacarırlar. Sadəcə, kənddəkilər çox səmimidirlər deyə onlarda çox gözəl alınır. “İha ha ha” heyvan səsi deyil, qəhqəhədir”.

Elza Seyidcahan bununla həm də Ələkbər Yasamallının şəhər-kənd ayrıseçkiliyi salmasına, rayon adamlarına yuxarıdan aşağı baxmasına eyham vurub. Yasamallı isə E.Seyidcahanla razılşamadığını, daha doğrusu, söylədiyi fikirlərin yanlış anlaşıldığını deyib. Elnur Ağdamlı isə məsələyə sərt münasibətini bildirib.

O, Cebhe.ifo vasitəsilə həmkarına səslənib, sözlərinə diqqət yetirməsini tələb edib: “O çıxışı Elza Seyidcahanla bir şou olaraq təqdim etmişdik. Pis çıxmasın, meyxana deyənlər var ki, nənələrini, babalarını ortalığa qoyurlar, ağızlarına gələni danışırlar. Biz ona heç bir söz demirik. Əgər Ələkbər o sözləri mənim ünvanıma pis mənada deyibsə, getsin meyxanlarına baxsın görsün, kimə nə deyir. Bir də baxsın öz yaxınlarına, əzizlərinə nələr deyiblər. Sonra gəlib, məndən nəsə danışar. Ələkbəri hamı tanıyır, durum onunla dalaşım? Boş-boş danışır”. 

Cebhe.info
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...