Xalq artistindən illər sonra etiraf - “Gözəlliyim mənə mane olub” - VİDEO - FOTOLAR
“Məkanın melodiyası”, “Ovsunçu”, “Günaydın mələyim”, “Otel otağı”, “Özgə vaxt”, “Qisas almadan ölmə”, “Biz qayıdacağıq”… Milli kinomuzun ən gözəl nümunələrində baş rollara çəkilib. Eyni zamanda, çalışdığı Rus Dram Teatrında bənzərsiz obrazları ilə sevilib.
Bu günlərdə “Xalq artisti” fəxri adına layiq görülən aktrisa Ayan Mirqasımovanın Yenicag.az-a müsahibəsini təqdim edirik.
– Bu yaxınlarda fəxri ad aldınız. Gözləyirdiniz?
– Qətiyyən. Çox gözlənilməz oldu. Uzun illər səhnədə və kinoda korifey sənətkarlarla tərəf-müqabili olmuşam. Onlara hər zaman ulduz kimi baxmışam. Bu baxımdan böyük məktəb keçmiş aktrisayam. Bu gün isə artıq öz tələbələrim var, gələcək aktyor nəsli yetişdirirəm.
– Onların arasında fəxr etdiyiniz tanınmış aktyorlar varmı?
– Gənc aktyor İbrahim Çingiz çox istedadlıdır. O, aktyor Çingiz Əhmədovun oğludur. “Vicdan haqqı” serialında çəkilib, eyni zamanda səhnədə maraqlı obrazlar yaradıb.
– Bir çox xalq artistlərimiz seriallara çəkilir. Amma o seriallarda sizi görə bilmirik. Səbəb nədir?
– Rusiyada “Karusel” adlı serialda çəkildim. Amma Azərbaycanda hələ ki, seriallara çəkilməmişəm. Bu sahədə təcrübəm o qədər də böyük deyil. Müəllim kimi fəaliyyət göstərirəm, teatrda çalışıram, eyni zamanda filmlərə çəkilirəm. Buna görə də seriala zamanım yoxdur. Amma söz verirəm ki, buna da vaxt tapacam.
– Hələ də arzusunda olduğunuz rol hansıdır?
– Aktyorlar asılı peşə sahibləridir. Biz özümüz hansısa obrazı seçmirik, rejissor bizi seçir. Çox istərdim ki, rejissorlar özü məni hansısa bir obrazda görüb, o tamaşaya dəvət etsinlər.
– Sizin bütün potensialınızı üzə çıxara biləcək hansısa obraz var?
– Bu suala cavab vermək çətindir. 26 yaşım olanda “Özgə vaxt” filminə çəkilmişəm. Demək olar ki, aktrisa kimi teatrda qazandığım bütün təcrübəmi o filmdə istifadə etdim. Potensialın tam üzə çıxması üçün bəlkə də bir aktrisaya zaman, digərinə təcrübə lazımdır; ya da bunu üzə çıxaracaq rejissora ehtiyac var. Bunun konkret resepti yoxdur.
– İmtina etdiyiniz rollar olub?
– Olub. Amma soruşmayın, o filmlərin və rejissorların adını çəkməyəcəm.
– Bəlkə səbəbini izah edəsiniz?
– Bəsit ssenarilər və özümə uyğun bilmədiyim rollar olduğu üçün imtina etmişəm.
– Qonorar sizi maraqlandırır?
– Əsla. Heç vaxt “görəsən nə qədər qonorar alacam?” deyə, düşünmədim.
– Gözəl, istedadlı xanımsız. Gözəlliyiniz qarşınızda yaşıl işıq yandırıb?
– Mən özümü heç də gözəl saymıram. Nə vaxtsa cavanlıqda düşünürdüm ki, bu gözəllik mənə mane olur. Xarakterlər yaratmaq istəyirdim və arzulayırdım ki, rejissorlar mənim ürəyimi görə bilsin. Düşünürəm ki, könlüm gözəldir.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 932 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 912 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 904 dəfə oxunub