Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur sima baş örtüyünü açdı - FOTO

“Zuhal Topalla” verişilinin məşhur gəlin namizədi Hənifə hicabını çıxarıb.

Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəllər gecə klubuna getdiyi üçün kəskin tənqid olunan Hənifə indi də baş örtüyünü çıxarmağa qərar verib. Belə ki, Hənifə instaqramda başında şlyapa olan şəklini paylaşıb. İzləyicilərə "Fotodakı adam Hənifə deyil, bacısı Hamidə" desə də, Hənifə məsələ ilə bağlı hər hansı bir açıqlama verməyib.

Lakin onun əynindəki xalatın üzərində öz adı yazılıb. Gəlin namizədinin şəkildə üzü düşməsə də, baş örtüyünü çıxardığı aydın görünür.

İştirak etdiyi evlənmə proqramında kriteriyalarına uyğun həyat yoldaşı tapa bilməyən Hənifə instaqramdakı məşhurluğu sayəsində hicab geyim markalarını reklam edərək yaxşı pul qazanırdı.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...