Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Avstraliyalı model çoxlu protein qəbul etdiyi üçün öldü - FOTO

Avstraliyada qadın çoxlu protein (zülal qarışıqları əsasında hazırlanmış idman qida əlavəsi) istifadə etdiyi üçün dünyasını dəyişib.

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, 25 yaşlı model Meqan Hefford evində huşsuz tapılaraq xəstəxanaya aparılıb, iki gün sonra o vəfat edib.

Xəstəxanada hakim müəyyən edib ki, model nadir xəstəlikdən əziyyət çəkirdi, belə ki onun orqanizmi proteini parçalayaraq həzm edə bilməyib. Meqan qarışda gələn yarışmaya qatılmaq üçün yüksək səviyyəli zülalları olan yeməklər, dərmanlar və proteinli idman içkisi qəbul edib. 

Hefford UCD adlı xəstəlikdən əziyyət çəkib, proteinin təsiri nəticəsində, onun qanında amiak, beynində isə su yığılıb, bunun nəticəsində onun beyni zədələnib, bu da ölümə gətirib çıxarıb. Model öz ürəyini, böyrəyini və ciyərini bağışlayıb.

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...