Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ANS-in keçmiş aparıcısına Gürcüstanda vəzifə verildi - VİDEO

Gürcüstanda "Gürcüstan- Azərbaycan Media Mərkəzi" fəaliyyətə başlayıb.
 
Mynews.az-ın BakiPost.az-a istinadən məlumatına görə, bir qrup azərbaycanlı gəncin təsis etdiyi mərkəzin rəhbəri ANS-ın keçmiş aparıcısı, eyni zamanda, "Ölkə.Az" saytında baş redaktor vəzifəsində çalışmış Amil Hacıyevdir.

A.Hacıyevin verdiyi məlumata görə, "Gürcüstan- Azərbaycan Media Mərkəzi” nin əsas məqsədi iki ölkə mediası arasında əməkdaşlıq, fikir, təcrübə mübadiləsi aparmaq, dostluq əlaqələri yaratmaqla hər iki dövlətin həqiqətlərini yaymaqdır. 

"Son zamanlar müşahidə etdim ki, Gürcüstanda iki dövlətin dostluq münasibətlərinə mane olan qüvvələr var. Bunlarla mübarizə üçün həqiqətləri yaymaq lazımdır. Gürcüstan haqqında, orada yaşayan soydaşlarımızın sosial problemlərini qabartmaq, media vasitəsilə onlara dəstək vermək istəyirik”, –deyə Amil Hacıyev bildirib.

Onun sözlərinə görə, mərkəz həmçinin bir kommersiya təşkilatı kimi də fəaliyyət göstərəcək. Azərbaycandakı istənilən sayt, hətta televiziyalar bura gəlmədən müsahibə və tədbirlərin işıqlandırılması üçün Media Mərkəzə müraciət edə biləcək.

Hazırda Media Mərkəzin nəzdində xəbər portalının hazırlanması üzərində də işlər aparılır.

Gürcüstan vətəndaşı olan Amil Hacıyev hazırda "Kvemo Kartli” televiziyasında həftədə 5 gün olmaqla, Azərbaycan dilində efirə gedən xəbərlər proqramının aparıcısıdır.

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...