Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İlhamə Quliyevanın doğum günüdür - VİDEO

Bu gün mərhum Xalq artisti İlhamə Quliyevanın anadan olmasından 74 il ötür.

Mynews.az xəbər verir ki, Quliyeva İlhamə Məzahir qızı 1943-cü ildə Lənkəran şəhərində doğulub. O, mərhum sənətkar Tükəzban İsmayılovanın qızıdır. 1969-cu ildə Azərbaycan Dövlət Universitetini bitirib.

Repertuarında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri yer alıb. 1998-ci ildə Azərbaycanın, 2008-ci ildə Dağıstanın “Xalq artisti” fəxri adına layiq görülüb.

O, Azərbaycanın “Şöhrət” və  “Şərəf” ordenləri ilə təltif edilib. 

İ.Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. 26 fevral 2016-cı ildə İkinci Fəxri Xiyabanda anası, Xalq artisti Tükəzban İsmayılova və ögey atası, Xalq artisti Həbibulla Bayramovun yanında dəfn edilib. İlhamə Quliyevanın vəfat səbəbi keçirilən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəyi nəticəsində məlum olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...