Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rəqqasə Renka Təranə Səmədovaya - "Özünü cırsa da vecimə deyil" - VİDEO

“Top Ulduzlar”ın siması Rəqqasə Renka Ağamuradova turnirin digər iştirakçısı prodüsser Təranə Səmədova ilə aralarında mübahisəni şərh edib. 

Mynews.az xəbər verir ki, Rəqqasə baku.ws-ə bildirib ki, Təranə Səmədova ikiüzlülük edir. O, rəqqasə olması ilə fəxr etdiyini və hər zaman özünü müdafiə etməsini bacardığını deyib. 

“O, mənə deyir ki, “Sən kimsən ki, mənə sus deyirsən. Rəqqasəsən də”. Necə olur əvvəl mənimlə öpüşüb, görüşürdün indi rəqqasə olmağımı üzümə vurursan. İnsanların ikiüzlüyü xoşuma gəlmir. Mən fəxr edirəm ki, mən rəqqasəyəm. Heç kim də mənə heç nə deyə bilməz. Təranə bu dəqiqə nə ilə məşğuldur ki? Heç nə ilə. Sən bu dəqiqə mənim gözümdə heç nəsən. İnsan kimi də ona hörmət etmirəm. Camaatın içində ağzının danışığını bilməyən adama hörmət etmirəm. Burada çoxusu mənim dostlarımdır. Onlar məni bu halda görməyiblər. Mən heç yerdə səsimi qaldırmamışam. İndən o özünü cırsa belə mən ona fikir verməyəcəm. Təranə özünə qadın kimi hörmət eləmir”, - deyə Renka bildirib. 

Qeyd edək ki, ATV-nin yeni layihəsi “Top Ulduzlar” verilişi qalmaqalla başlayıb. Mətbuat konfransında Təranə Səmədova ilə Renka Ağamuradova arasında mübahisə olub. Onlar birbirilərini təhqir edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...