Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Muratla Mervenin ayrılmasının əsl səbəbi ortaya çıxdı - Yenə Eser

Murat Dalkılıçla Merve Boluğur cütlüyünün ayrılma səbəbləri ortaya çıxıb. 

Mynews.az axşam.az-a istinadən bildirir ki, Dalkılıç iki il davam edən evliliklərinin bitmə xəbərini sosial şəbəkədəki paylaşımı ilə təsdiqləmişdi. 

Ayrılığa səbəb olan hadisə Çeşmədə yaşanıb. Murat və Mervenin aralarının soyuq olduğu mediada tez-tez yer alırdı. Onların tez-tez dalaşdığı, ayrı gəzdikləri gündəmdən düşmürdü. 

Çeşmə gəzintisi zamanı cütlük dava edib. Murat tək küçəyə çıxıb. Elə hər şey də bundan sonra baş verib. Eser Yenenler Muratı sakitləşmək üçün Çeşmədəki evinə dəvət edib. Eser evə qız dostlarını da çağırıb. Muratın sarışın bir xanımla eyni masada oturmasını jurnalistlər lentə alıb. Amma nədənsə şəkil heç yerdə yayılmayıb. Hadisədən xəbər tutan Merve Dalkılıçla dava edib. 

 

Bundan əvvəl Eser Murat Bozu da evinə çağırmış, qızlarla eyni masada əyləşdirmişdi. Bu hadisədən sonra Bozla sevgilisi Aslı Enver ayrılmışdı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...