Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Aparıcı Xoşqədəmin əsl peşəsi görün nə imiş...

Mynews.az Sonxeber.az-a istinadən "Tanınmışların əsl peşələri" adlı kiçik rubrikası çərçivəsində Azərbaycanlı məşhur simaların əsl peşəsini təqdim edir.

Tanınmış aparıcı Xoşqədəm Hidayətqızının əsl peşəsi tarixçidir. O, 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub.

1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Bakı Dövlət Pedaqoji Universitetində davam etdirib və 1995-ci ildə ali təhsilini başa vurub.

Sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Lakin ən böyük arzusu jurnalist olmaq olub...

1998-ci ildə "Üç nöqtə" qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb. X.Hidayətqızı müxtəlif vaxtlar ATV, ANS telekanallarında "Səni axtarıram" adlı verilişinin aparıcılığını edib. Hazırda Xəzər TV-DƏ "Bizə danış" verilişinin aparıcısıdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...