Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tanınmış müğənni qəzaya düşdü - FOTOLAR

Türkiyənin tanınmış müğənnisi Sıla Gençoğlu avtomobil qəzası keçirib.

Mynews.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İsmail Serkan Güneyin Ankara istiqamətində idarə etdiyi avtomobil Yeşilyayla ərazisində yoldan çıxaraq diyirlənib.

Hadisə zamanı avtomobildə olan Sıla Gençoğlu, Hande Kızıl və Büşra Sarıkaya yaralanıb, sürücü isə qəzadan yara almadan xilas olub. Yüngül yaralanan Gençoğlu təcili yardımla Düzce Atatürk Dövlət Xəstəxanasının təcili xidmətinə gətirilib və ona tibbi müdaxilələr olunub. Digər yaralılar isə Hendek Dövlət Xəstəxanasına aparılıb.

Səhhətində ciddi problemləri olmayan ifaçı xəstəxanadan evə buraxılıb. H.Kızıl ilə B.Sarıkayanın müalicəsi isə davam etdirilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...