Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tarkan hüceyrələrini yeniləyəcək

Dünya şöhrətli türkiyəli müğənni Tarkan hüceyrə yeniləmə üsulu ilə gəncləşəcək.

Mynews.az xəbər verir ki, onun həmkarı Ajda Pekkan Cenevrədəki  klinikaların birində hüceyrələrini yeniləyib və bir həftə davam edən prosedur nəticəsində 140 min türk lirəsi ödəyib. 

A.Pekkanın dərisindəki cavanlaşma Tarkanın diqqətini cəlb edib və həmin ünvanı həmkarından istəyib. Hazırda həyat yoldaşı Pınar Tevetoğlu ilə Almaniyanın Köln şəhərindəki evində dincələn meqastar bu həftə Cenevrəyə yola düşəcək və həmin klinikada 3 gün qalacaq.

Bu üsul ilə Cennifer Lopez, Mişel Obama, Helen Mirren kimi tanınmışlar da cavanlaşıb.

Oxu.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...