Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhurlardan inanılmaz vədlər - ""Qarabağ" qalib gəlsə qol vuran futbolçunu 3 gün oteldə..."

Bildiyimiz ki, “Kopenhagen”lə səfərdə qarşılaşacaq təmsilçimiz "Qarabağ" klubu bu gün çətin sınaqdan keçəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

"Qarabağ"ın doğma meydanda qazandığı qələbədən sonra bütün gözlər cavab qarşılaşmasına yönəlib. Hər kəs "Qarabağ"ımızın qələbə ilə qayıdacağına ümid edir. Bunu sosial şəbəkələrdə də görmək mümkündür. Hər kəs "Qarabağ" qalib gələcəyi təqdirdə öz imkanlari çərçivəsində nəsə vəd edir. Bəs, bizim məşhurlar necə axşamkı oyun barədə nə vədlər verirlər?

GoldNews.az ölkəmizdə tanınan aktrisa, model, idmançı və müğənnilərə üz tutub. 

Cavabları sizə təqdim edirik.

Rəqqasə Renka:

"Mən futbolu çox sevirəm. "Qarabağ" son vaxtlar çox yaxşı oyun nümaiş etdirir. Əgər qalib olsaq onların toyunda pulsuz rəqs edərəm".

Aktrisa və model Gülşən Hüseynli:

"Öz sevimli komandalarımın oyununu daim izləyirəm. Son qələbədən sonra "Qarabağ"a ümidlər böyükdü. "Qarabağ"ın qalib gələməsini çox arzulayıram.Lakin düşünürəm "Kopenhagen" qələbə çalacaq. Əgər "Qarabağ" qalib gəlsə qol vuran futbolçunu yeməyə dəvət edərəm".

Ayan Babakişiyeva:

""Qarabağ"ın adı gələn yerdə axan sular durur. Onlara yetərincə dəstək var. Mənim duam onlarladır. Bakıda olsan 100 qonaqlıq onlara qurban olsun".

Aktrisa Cəmilə Tağızadə:

"Mən futbolu sevmirəm. Amma "Qarabağ"ımız qalib gəlsə küçədə rəqs edərəm".

Model və Türkiyədə qatıldığı evlilik verilişi ilə məşhulaşan Naz Mila:

"Qarabağ" qalib gələrsə qol vuran futbolçunu Türkiyəyə dəvət edəcəm. 3 gün ən bahalı otel və ən lüks maşınla təmin edərəm.İstədiyi kimi əylənsin. Çıxdığım ilk canlı yayımda da "Qarabağ"ı qələbəsi münasibəti ilə təbrik edərəm.

İdmançı Kamil Zeynallı:

Ötən oyunda hər iki komanda yaxşı oynadı. "Qarabağ"ın qələbəsində doğma meydan öz təsirini göstərdi. Futbolçuların hamısı mənim yaxın dostlarımdı. Onların hər zaman gözlərim üstə yerləri var. Qalib gəlsələr imkan daxilində hər şey edərəm. Təki qalib gəlsinlər.

Müğənni Ədalət Şükürov:

"Mən hesabın heç-heçə olacağını düşünürəm. Şükür Allaha idmançılarımız hamsı yüksək maaş alır. Hələ qalib gəlsələr əlavə mükafatlar da alacaqlar. Onların heç bir jestə ehtiyacı yoxdur.

Müğənni Vasif Məhərrəmli:

"Qarabağ"ın qələbə çalmasını arzu edirəm. Əminəm ki, qələbə qazanacağıq. Bizə bir qol belə bəs edər. Klubumuzun jestə ehtiyacı yoxdu. Onlara kifayət qədər qonorar verilir. Heç bir vəd haqqında düşünməmişəm.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...