Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Barış Mançonun heç vaxt görmədiyiniz görüntüsü - VİDEO

Məşhur türk musiqiçisi, rok, pop sənətçisi, televiziya aparıcısı Barış Mançonun heç vaxt yayımlanmamış görüntüləri ortaya çıxıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, videonu sənətçinin oğlu Doğukan Manço yayıb.

Belçikada çəkilən videoda Barış Mançonun avtomobilini təmir etdiyi, daha sonra ailəsi ilə birgə yemək yediyi görünür.

Qeyd edək ki, Barış Manço 1943-cü il, yanvarın 2-də İstanbulda anadan olub. Musiqiçi karyerasına ilk dəfə Qalatasaray liseyində başlayıb. İxtisası üzrə ali təhsilini isə Belçika Kraliyyət Akademiyasında alıb. 200-dən çox bəstəsi müğənniyə 12 qızıl, bir platin albom və kaset mükafatı qazandırıb. Alman, fransız, yunan, ərəb, bolqar və başqa dillərdə oxuyub.

Hazırladığı televiziya proqramları ilə də dünyanın bir çox ölkəsində tanınıb. 199-ci ildə Türkiyə Cümhuriyyəti Dövlət Sənətçisi tituluna layiq görülüb.

B.Manço “Gül pembe”, “Domates, biber, patlıcan”, “Yaz dostum”, “Unutamadım”, “Dağlar dağlar” və s. məşhur mahnıların ifaçısıdır. O, bir neçə dəfə Azərbaycanın qonağı da olub.

O, 1999-cu il, fevralın 1-də infarkt keçirərək dünyasını dəyişib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...