Xalq artisti insult keçirdi
Azərbaycanın Xalq artisti, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisalarından olan Pərvanə Qurbanovanın səhhətində problemlər yaranıb.
Mynews.az pressclub.az-a istinadən bildirir ki, o, bu il may ayının 18-də yüngül insult keçirib.
“İki aydan çoxdur ki, müalicə olunuram. İndi özümü yaxşı hiss edirəm. Amma həkimlər tamaşalarda, seriallarda oynamağa icazə vermirlər. Stressdən, əsəbdən uzaq olmalıyam. Qurban bayramından sonra, yəqin ki, işə çıxacağam”.
Pərvanə Qurbanova deyib ki, seriallarda oynamaq üçün ona dəvətlər gəlir: “Hələ ki, seriallarda oynayıb-oynamamaq qərarını tam verməmişəm. Həkimlərimlə məsləhətləşməliyəm”.
Qeyd edək ki, 1965-ci il təvəllüdlü Xalq artisti “Pərvanələrin rəqsi” serialında oynadığı qayınana obrazı ilə daha da populyarlıq qazanıb.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1155 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1062 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 994 dəfə oxunub