Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rahidə Baxışova boşandı? - “Bütün qohumlarımı da sildim” - VİDEO - FOTOLAR

Azərbaycanlı müğənni Rahidə Baxışova şəxsi həyatından danışıb. 

Mynews.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, hazırda həyatında yalnız anası, övladları, bacısı və bacısının uşaqları var: “Mənim üçün xoşbəxtlik balalarımın sağlamlığıdır. Bilirsiniz ki, mənim üçün bacımın ailəsi, anam, bir də övladlarım var. Mənim heç kimim yoxdur. Heç bir zaman qohum qapısı açmaram. Bu həyatda çox şey görmüşəm. Yaşım az olsa da, çox şey gördüm. Mənim üçün həyat anamdan, övladlarımdan, bacımdan və onun balalarından ibarətdir. Əsas canımız sağ olsun, ruzimiz bol olsun”.

R.Baxışova daha sonra bildirdib ki, yenidən sənətə qayıtmaq ona çətin  olmayıb: “İnsan var ki, uzun illər səhnədə olur, amma 1 il görünməyəndə unudulur. Amma məndə belə bir şey olmadı. Bu, mənim naxışımdır. İndi də “Sən öyrətdin” mahnısı eşidilən zaman adım yada düşür. Buna görə də Allahıma şükür edirəm. Nə yaxşı ki, yaddaşlardan çıxmamışam. İndi dövlət televiziyasının solistiyəm. Ramiz Mirişlinin “Dalğalar” adlı mahnısıpnı yazdırmışam. Bu da mənim üçün bir uğurdur”.

Qeyd edək ki, "Show time" verilişi həftənin çərşənbə axşamı saat 15:10-da "APA TV"-də Yalçın Uğurun təqdimatında yayımlanır. 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...