Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Mətanət Əsədova od püskürdü - “Onun başını partladaram”

Müğənni Mətanət Əsədova şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Mynews.az bildirir ki, fikirlərini yeniçağ.az-la bölüşən müğənni "heç vaxt evli kişi ilə eşq yaşamaram" deyib:

"Heç vaxt haram tikə yeməmişəm. Məni tanıyanlar bunu yaxşı bilir. Kiminsə ailəsini əlimə keçirtmək fikrim də olmayıb. Mənə nolub, subay xanımam. Niyə evli kişiylə eşq yaşamalıyam? O qədər subay bəylər var ki... Özüm ailəli qadın olsam, kimsə mənim yuvamı dağıtsa, mənə xoş gələr? Əlbəttə gəlməz".

Müğənni saysız-hesabsız evlilik təklifləri aldığını da gizlətməyib:

"Minnətləri olsun. Mənə evlilik təklifləri olur. Kişilər hansı qadına nə təklifi etməyi yaxşı bilir. Yaxşı bilirlər ki, Mətanətə yalnız evlilik təklifi etmək olar, artıq-əskik danışsa, tutub başını partladaram".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...