Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı müğənni rusiyalı məşhur DJ-lərlə Bakıda klip çəkdirdi - VİDEO

“Hər şey ondan başladı ki, biz Bakıya gəldik. Yerli qonaqpərvərlik və şəhərin əsrarəngiz gözəlliyi bizi heyran etdi. Biz, dərhal, bu şəhər üçün nəsə etmək fikirinə düşdük və bir iz qoymaq istədik”.

Mynews.az ölkə.az-a istinadən xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan rusiyalı tanınmış DJ-lər Matuya və Roma deyiblər.

Onların sözlərinə Azərbaycan musiqisinin tarixini görərək, yeni işlərini burada ərsəyə gətirmək istəyiblər:

“Musiqiçi olduğumuzdan buranın yerli musiqi tarixiylə yaxından maraqlanmağa başladıq. Bu tarixin inanılmaz dərəcədə zəngin və fərqli olduğunu gördük. Yeni bir layihəyə başlamaq fikrinə gəldik və köhnə, hamının rəğbətini qazanmış mahnıların yeni stildə, “cover” versiyasını yaratmaq qərarına gəldik.”

İlk olaraq dahi sənətkarımız Oqtay Ağayevin repertuarına müraciət edən rusiyalı ulduzlar layihələrinə azərbaycanlı müğənni ilə birgə “Ötən Günlər” mahnısıyla start veriblər.

“Uzun müddət bu mahnı üçün ifaçı axtardıq və belə bir qərara gəldik ki, bu mütləq və mütləq bu cür mahnıların təmizliyini və xüsusiyyətlərinə gözəl ifa nümayiş etdirə biləcək bir bakılı olmalıdır. Və axtardığımız şəxsi tapdıq. Bu, hələlik məşhur olmayan, lakin istedadlı və müasir ifanın incəlik və tendensiyalarını yaxşı bilən Fuad Nəbiyev oldu”.

DJ-lər sonda bu layihənin davamının olacağını və azərbaycanlı sənətçi ilə yeni ifalar səsləndirəcəklərini bildiriblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...