Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xalq artisti telefonunda +18 videolara baxır? - Həyat yoldaşı DANIŞDI

Xalq artisti Rafiq Hüseynovla bağlı "73 yaşlı Rəmişdən İNANILMAZ ETİRAF: "Sosial şəbəkədə tanış olduğum qızla… " başlıqlı məqalə dərc etdikdən sonra xalq artisti ilə bağlı maraqlı məqamlar yaşanıb.

BiG.AZ xəbər verir ki, sözügedən xəbər dərc edildikdən sonra reaksiyamıza çoxsaylı məktublar daxil oldu. Daxil olan məktubların birindəki məlumat diqqətimizi cəlb etdi. Belə ki, Rəmişə yaxın olduğunu iddia edən, adının açıqlanmasını istəməyən şəxsin sözlərinə görə xalq artisti xanımlara qarşı çox həssasdır və boş vaxtlarında telefonuna +18 videolar yükləyərək izləyir.

Məlumatın təxribat xarakterli olub-olmamasını dəqiqləşdirmək üçün xalq artisti ilə əlaqə saxladıq. Bu barədə BiG.Az-a danışan Rəmişin həyat yoldaşı Gülü Hüseynova məlumatın yalan olduğunu və sənətçinin telefonunda yalnız sənət yoldaşlarına məxsus materialların olduğunu bildirdi: "Çox sağ olun ki, bu cür yayılan yalan məlumatları bizimlə dəqiqləşdirirsiniz. Yalan məlumatlardır. Rəmişin telefonunda olan videolar yalnız sənət yoldaşlarına aiddir. Həmçinin onun telefonunda özünün televiziya çıxışları və s. video və şəkillər var. İnanmasanız özünüz də qonağımız olub araşdıra, baxa bilərsiniz".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...