Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı məşhurlar ermənilərin olduğu kafedə “Şuşanın dağları” oynadılar - VİDEO

Tanınmış teleaparıcılar Afaq Gəncəli, Zemfira Adıgözəlova və Nərgiz Mamedova Gürcüstana istirahətə yollanıb.

Məşhurlar axşam yeməyi üçün restoranların birinə getməli olublar. Orada yan masalarda ermənilərlə qarşılaşan aparıcılar "Şuşanın dağları", “Qarabağ” və “Qaraxal yar” mahnısını sifariş edərək, rəqs ediblər.

Bu barədə saytımıza açıqlama verən Afaq Gəncəli baş verən hadisəni belə izah edib:

“Biz restorana sadəcə yemək üçün getmişdik. Orada ermənilər çox idi və arxa-arxaya öz mahnılarını sifariş verib, rəqs edirdilər. Halbuki, onların çoxu bizim mahnılarımız idi, vaxtilə oğurlayıb, öz adlarına çıxmışdılar. Bizim onların həmin restoranda çox olmasından xəbərimiz yox idi. Biz də bunun müqabilində belə bir hərəkət etdik. Müğənnidən xahiş etdik ki, bizi Qarabağ qızları kimi təqdim etsinlər. Qarabağın, Azərbaycanın adını çəkdik. Orada gürcülər, ruslar, ukraynalılar var idi. Biz bacardığımız yolla göstərdik ki, musiqi bizimdir, rəqslər bizimdir. Bunu niyə ora-bura yozurlar mən bilmirəm. Onlar bizdən 10 dəfə çox idi. Orada hər şey ola bilərdi. Aqressiya, nifrət dolu baxışlar var idi. Biz ancaq üç xanım bütün bunları bilib, o addımı atdıq. Xahiş etdik ki, ifa olunsun. Hər kəs eşitsin ki, Qarabağ bizimdir. Həm də, bu hadisə “Qarabağ” komandasının qalib olduğu gün idi. Biz həm də qələbəni qeyd etdik. Sadəcə, bəzi insanlar bunu niyə aqressiya ilə qarşılayır başa düşmürəm. Eybi yox, hər kəsin öz fikri var. Hər kəsə hörmətlə yanaşırıq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...