Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sevgilisi Türkiyənin məşhur aktyorunu güllələdi - VİDEO

Məşhur türkiyəli aktyor və aparıcı Vatan Şaşmaz İstanbulda hotellərdən birində ölü tapılıb.

Mynews.az xəbər verir ki, APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn polislər otaqda V.Şaşmazın və 55 yaşlı keçmiş model Filiz Akerin meyitini aşkarlayıblar.

İlkin versiyaya əsasən, Filiz Aker əvvəl odlu silahdan atəş açaraq 43 yaşlı aktyoru öldürüb, sonra isə intihar edib.

Hoteldə nömrənin F. Akerin adına rezervasiya olunduğu, təhlükəsizlik kameralarından heç kimin otağa daxil olmadığı məlum olub. Hadisə yerində istintaq qrupu işləyir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...