Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Öldürülən aparıcının xanımı hamilədir

Oteldə keçmiş model sevgilisi Filiz Aker tərəfindən güllələnərk öldürülən aparıcı Vatan Şaşmazın həyat yoldaşı Yasemin Adalı hamilə imiş.
 
Mynews.az Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcının xanımı ərinin ölüm xəbərindən dərin sarsıntı keçirib. Dünən həyat yoldaşı ilə sonuncu dəfə Ankara hava limanında ayrılan Vatan İstanbula, Yasemin isə İskenderuna gedib. Bədbəxt hadisəni ailəsinin yanında ikən öyrənən Y.Adalı İstanbula yola düşüb.
 
Qeyd edək ki, Vatanla Yasemin 2 il əvvəl ailə qurub. Aparıcının xanımı 4 aylıq hamilədir. Filiz Aker isə Vatanla evlənməzdən əvvəl münasibətdə olmuş, lakin ayrılsalar da, onu hələ sevdiyini bildirərək oteldə görüş təyin edib. Aralarındakı mübahisə nəticəsində isə aparıcını qətlə yetirib, daha sonra isə özü intihar edib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...