Özündən 12 yaş böyük qadınla sevgili olan evli aktyor haqqında - DƏHŞƏTLİ FAKTLAR
Dünən məşhur aparıcı-aktyor Vatan Şaşmaz keçmiş sevgilisi Filiz Aker tərəfindən güllələnərək öldürülüb.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, öldürülən məşhur haqqında yeni faktlar üzə çıxıb. Məşhur aparıcının dostu Nedim Delibaş “CNN TÜRK” kanalına canlı efirə bağlanaraq açıqlamalar verib:
"Bildiyim qədəri ilə onların 2015-ci ildə münasibətləri olub. Evləndikdən sonra Vatanı daim narahat edirdi. Bir gün telefonda bir qadınla kobud şəkildə danışdığını eşitdim. Kim olduğunu soruşanda mənə “Qardaş, soruşma. Bu qadın mənim başıma bəla olacaq” , - deyə cavab verdi. O qadın Vatanı tez-tez narahat edirdi".
F. Akerin bacısı qızı Dora Altınbaşak isə hadisə ilə bağlı bunları deyib:
“Kafedə oturub söhbət edirdik. Deyirdi ki, çox xoşbəxtəm, ancaq mənim xoşbəxtliyim səni kədərləndirə bilər. Sonra bir dostuyla görüşmək üçün hoteldə qaldığı nömrəyə çıxacağını söylədi. Daha sonra ona zəng vurdum, dedi ki, bir neçə dəqiqəyə aşağı düşəcək. Sonra telefonuna zəng çatmadı. Otağına getdim, qapı bağlı idi. Mühafizə xidmətinin köməyi ilə qapını açdıq. Vatan yerdə uzanmışdı. Xalamla onun əvvəllər münasibəti olub. Ancaq indi aralarında heç bir şey yox idi. İllərdir platonik olaraq onu sevirdi. Vatanın burada heç bir günahı yox idi. Mən həmişə ona deyirdim ki, xala ağlını başına al. Ancaq o, israrla “arvadını boşayıb mənimlə evlənməlidir” deyirdi”.
Ən dəhşətlisi isə məşhur aparıcının xanımı Yasemin Adalının 4 aylıq hamilə olmasıdır. Ailəsi ilə birlikdə Tarsusda tətildə olan Yasemin Adalı təcili olaraq İstanbula qayıdıb. Vatan Şaşmaz isə bir müddət əvvəl verdiyi müsahibədə ata olmaq arzusunu dilə gətirib. O, həyat yoldaşının hamilə qala bilməsi üçün müalicə aldığını deyib.
ABŞ-da Yaşıl Kartla yaşayan və keçmiş modellərdən olan Filiz Akerin 1 ay əvvəl İstanbula gələrək Conrad Hotelə yerləşdiyi müəyyənləşdirilib.
İddiaya görə, bir vaxtlar maddi baxımdan çətinlik çəkən Vatana Filiz Aker dəstək olub. Bundan başqa, Vatan Şaşmaz Filiz Akeri tərk etdiyi üçünü o, üç dəfə intihara təşəbbüs edib.
Qeyd edək ki, Vatan Şaşmazın 43, Filiz Akerin isə 55 yaşı olub.
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 958 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 929 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 919 dəfə oxunub