Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Zeynəb Xanlarovanın türk sürücüsü müğənni haqqında Zaur Baxşəliyevə NƏLƏR DEDİ? - VİDEO

Xalq artisti Zeynəb Xanlarovanın türkiyəli sürücüsü müğənni haqqında maraqlı faktlar açıqlayıb.

Publika.az xəbər verir ki, tanınmış aparıcı Zaur Baxşəliyev Türkiyədə Zeynəb Xanlarovanın sürücüsü ilə qarşılaşıb. Söhbət zamanı sürücü Zaur Baxşəliyevə Zeynəb Xanlarovanın qəlbi təmiz bir insan olduğunu söyləyib. O, bildirib ki, Zeynəb Xanlarova bir vaxtlar Türkiyəyə qastrol səfərlərinə gələndə onun sürücüsü işləyib. Daha sonra isə türkiyəli sürücü etiraf edib ki, müğənni restoranda yemək yeyəndə onun üçün də özü yediyi yeməklərdən sifariş verib. Sürücü "Ömrümdə onun kimi dahi sənətçi görməmişəm" , - deyə vurğulayıb. Aparıcı Z.Xanlarova ilə bağlı söhbəti videoya çəkərək sosial şəbəkədə paylaşıb. O, hadisə ilə bağlı fikirlərini belə ifadə edib:

“Türkiyədə taksi sürücüsü Zeynəb Xanlarovadan danışır. Qürurlandım!”

Daha sonra isə Z.Baxşəliyev tənqidi rəy yazan izləyicilərə səslənib:

“Bəzi rəyləri oxuduqdan sonra demək istəyirəm ki, sürücünü pul verib danışdırmaqsa, elə özümü təriflətdirərdim, daha başqa adamı niyə təriflətdirim ki? İkincisi isə onu yazanlar bilməlidir ki, Zeynəb Xanlarova sərhədləri aşıb, dünyanı gəzəndə elə sizli-mənli qarşokda otururduq”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...