Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“46 ildə Vətən üçün heç nə etməmişəm” - Nisə Qasımova göz yaşlarına boğuldu - FOTO

Bu gün "Mədəniyyət dalğası" İctimai Birliyi "İslam mədəniyyəti günləri" adlı ilk tədbirini keçirib.

Publika.az xəbər verir ki, İctimai Birliyin sədri, Xalq artisti Nisə Qasımova tədbirdə yeni vəzifəsinin məsuliyyəti, vəzifələri və qarşıda keçirilməsi planlaşdıran tədbirlər barədə məlumat verib:

“Tədbirə gələn hər kəsə təşəkkür edirəm. Mən bir vətəndaş kimi bu gün ən gözəl hissləri keçirirəm. Yaxşı ki, bu məmləkətdə yaşayıram, bu insanları tanıyıram. Heç vaxt rəsmiyyəti sevməmişəm, ancaq bu gün rəsmi bir iş üçün burdayıq. QHT-yə gəlməyimin səbəbi bu günün qənaəti deyil, bu, illərin fikri və qənaətidir. 46 ildir sənətdəyəm. Sənət fəaliyyətim zamanı ictimai tədbirlərdən geri qalmamışam. Ancaq hər zaman düşünmüşəm ki, 46 ildə mən yalnız oxudum. Mahnılarımla fikirlərimi, hisslərimi ifadə etdim. Layihəmizə dəstək verdiyi üçün ilk öncə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirəm. Əbülfəz Qarayevin mənə etibar etməyi məni qürurlandırdı. “Mədəniyyət dalğası”nın təsisçiləri çox əziyyət çəkirlər. Onlara da mənə dəstəklərindən dolayı təşəkkür edirəm. Bu illər ərzində qeyri-rəsmi şəkildə ictimai fəaliyyət göstərirdim. Şükürlər olsun ki, 2017-ci ildə bu rəsmi formaya düşdü. Bizim qarşıda çox gözəl layihələrimiz və tədbirlərimiz olacaq”.

Çıxışı zamanı vətənpərvər olduğunu dilə gətirən Nisə Qasımova göz yaşlarını saxlaya bilməyib:

“Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır. Böyük cəsarətlə demək istəyirəm ki, vətəni düşünməyən insanların siyahısında olmamışam. Hər zaman içimdə aşkar və gizlin vətənpərvərlik hissləri olub. Ancaq düşünürdüm ki, bu 46 ildə vətən üçün heç nə etməmişəm. Bu fürsəti mənə verən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, “İslam Mədəniyyəti günləri” sabah yekunlaşacaq.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...