Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı ifaçı rusiyalı həyat yoldaşı ilə konsert verəcək

45 yaşlı rusiyalı opera müğənnisi Anna Netrebko və azərbaycanlı həyat yoldaşı, əməkdar artist, tenor Yusif Eyvazov Asiya-Avstraliya turu çərçivəsində Seul İncəsənət Mərkəzində konsert verəcək.

Mynews.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə məlumat Seul İncəsənət Mərkəzinin saytında yer alıb. Tədbir oktyabrın 9-da reallaşacaq.

Konsertdə Koreya Simfonik Orkestrinə Mixail Tatamikov dirijorluq edəcək.

Qeyd edək ki, Y.Eyvazovun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...