Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Günel arıqladı: "Dərman atıram" - FOTOLAR-VİDEO

“Heç bir əməliyyat etdirməmişəm. Sadəcə dərman qəbul edib arıqlamışam”. 

Mynews.az-ın məlumatına görə, bu sözləri müğənni Günel Ələkbərova “Show time” verilişində deyib. 

Günel bildirib ki, bu günə qədər elə də çox plastik əməliyyat etdirməyib: 

“Burun və dodaq kiçiltmə əməliyyatım olub. Amma nədənsə hamı elə bilir ki, hər yerim əməliyyatdı. Ən çox əməliyyat keçirən məşhurlar siyahısında adım birinci və ya ikinci qeyd edilir. O siyahıda özümü görmürəm. Çünki elə müğənnilərimiz var ki, özlərini sökdürüb, təzədən yığdırıblar. Sadəcə bunu işıqlandırmırlar”.

Sənətçi artıq çəki atmasından danışıb:

“Son vaxtlar kökəlmişdim. Uşağımın artıq qalan yeməyini özüm yeyirdim. Bir müddətdir ki, o dərmanı qəbul edirəm. Amma nə qədər arıqladığımı dəqiq deyə bilmərəm. Bu dərmanın mənə heç bir ziyanı yoxdur. Gün ərzində 3 litr su içirəm. Hələ ki, tərəziyə çıxmamışam. Çünki xeyli çəki verəndən sonrakı nəticəni görmək istəyirəm”. 



Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...