Aygünün konsertini nazirlik maliyyələşdirir? - Açıqlama
"Baku Crystal Hall" səhnəsində xalq artisti Aygün Kazımova solo konsert keçirəcək. Artıq afişalarda konsertlə bağlı elanlara rast gəlmək mümkündür. Lakin diqqət çəkən məqam konsertin İdman və Gənclər Nazirliyinin maliyyə dəstəyi ilə baş tutacağı anonsunun verilməsidir.
Mynews.az xəbər verir ki, modern.az saytı məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat katibiSamayə Məmmədova ilə əlaqə saxlayıb. O, saytımıza açıqlamasında məsələni belə izah edib.
"Aygün Kazımova Azərbaycanın xalq artistidir, tanınmış sənətçidir. Sadəcə, konsertlərinin hazırlığı ilə bağlı Gənclər və İdman Nazirliyi təmannasız şəkildə Heydər Əliyev adına İdman konsert kompleksində məşq etməsi üçün şərait yaratdı. Aygün Kazımova təmənnasız olaraq istədiyi qədər işçiləri ilə orada məşq edib. Bunun qarşılığı olaraq Gənclər və İdman Nazirliyinin adı konsertin elan lövhələrində əks olunmuşdu.
Belə yazılmışdı ki, "konsert İdman və Gənclər Nazirliyinin dəstəyi ilə həyata keçirilir". Təbii ki, biz bunu qəbul edə bilməzdik. Çünki dövlət qurumuyuq. Heç bir konserti maliyyələşdirmirik. Aygün xanımın da bu jestini və bizə olan münasibətini yüksək qiymətləndiririk. Amma dəstək başqa məna ifadə edir. Sadəcə olaraq, Heydər Əliyev adına İdman konsert kompleksində təmənnasız məşqləri üçün şərait yaratdıq. Özünə də deyildi ki, bu, bizim tərəfdən qəbul oluna bilməz.
Ona görə də xahiş etdik ki, başlıq çıxarılsın. Artıq dünəndən konsertin təşkilatçıları imkan daxilində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə başlığını afişalardan çıxarıblar. Bir daha deyirik ki, Aygün xanımın təşəbbüsünü yüksək qiymətləndiririk".
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 947 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 919 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 911 dəfə oxunub