Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Səni yaşatmaq üçün qadınlığımı unutdum" - Məleykə Əsədova

Xalq artisti Məleykə Əsədovanın qızı Gülərin ad günüdür.

Mynews.az-ın məlumatına görə, aktrisa övladını təbrik edərək bunları yazıb.

“8 sentyabr – mənim sevdiyim və məni sevindirən günüm. O gün mənim yaşamaq eşqim olan Gülərim dünyaya göz açdı. Canım, məni özün də bilmədən həyata bağladın. Çox çətin, həyata küsdüyüm anımda gəldin, varlığınla, eşqinlə əlini mənə uzadıb ayağa qaldırdın. Dedin, “Ana, mənim sənə çox ehtiyacım var”. Nə yaxşı ki, yeri, göyü, bizləri yaradan Allah səni mənə göndərdi. 

Sənin sevinməyin üçün yaşadım. Varlığın ruhumu gəncləşdirir, gözümün içindəki parlaq işığın arxasında sən varsan. “Mənim atam anamdır” dediyin cümləni sənin dilindən çox eşitmişəm. Allah mənə ömür versin sənin xoş günlərini görüm. 

Allah səni mənə, məni də sənə çox görməsin. Bu gün 12 yaşın tamam oldu. Səni sevindirib, yaşatmaq üçün qadınlığımı unudub, kişi kimi həyatla çarpışıram”.

Axşam.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...