Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Roza Zərgərlinin evinə beş maskalı şəxs girdi: Oğru evimizdən imiş - VİDEO + FOTO

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqlarından biri müğənniRoza Zərgərli olub.

Mynews.az xəbər verir ki, ifaçı evinə oğruların girməsi haqqında ilk dəfə olaraq həmin verilişdə danışıb.

“Burada bir sirr açacağam. 2 il bundan əvvəl mənim evimə oğrular girmişdi. Xaçmazdan evə gəlirdim. Evdə yalnız Lara (iti) məni gözləyirdi. Qapını bağladım, yeməyimi yedim, Laranı yedizdirdim. Dedim, gəl, ana-bala gedək yatmağa. Onun yatağını ayaq altıma qoydum. Kinoya baxırdım. Lara durub küçə qapısının yanına getdi. Orada hürməyə başladı. Gecə saat 3 idi. Onu sakitləşdirməyə getdim. Lara 4 dəfə gedib-gəldi. Axırda əsəbiləşib dedim ki, sənin canını alaram, səsini kəs. Özümü də qorxu basdı.

Onu otağıma qoyub yataq otağının qapısını bağladım. Bu, möcüzədir. Lara qapını əlləri ilə açıb, bir də qaçdı. Məni qara basdı, fikirləşdim ki, bəlkə, evə adam girib. Eyvana baxdım ki, heç kim yoxdur. Qapının “qlazok”unu açıb baxmaq istəyəndə, gördüm, qapı aralanır. Qapının arxasında tək qadın, 5 üzü maskalı kişi var idi. Mən qapını tutmuşam. O, bu yana dartır, bu bu yana. Sən demə, oğru evimizdən imiş. İt də o oğrunu tanıyırdı. Mənə xəbərdarlıq edirdi”, - deyə o söyləyib.

Oxu.az

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...