Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qəhərlənib için-için ağlayıram" - İradə İbrahimova

“Payız fəslini çox sevirəm. Baxmayaraq ki, hüzünü də yaşadığım ərəfə olub. Amma fərqinə varıram ki, sevinci bu fəsildə daha çox yaşamışam. Anamın, oğlumun dünyaya gəldiyi ay”.

Mynews.az-ın məlumatına görə, bu sözləri müğənni İradə İbrahimova yazıb. Sənətçi ad günü olan anası ilə fotosunu paylaşaraq təəssüratlarını bölüşüb:

“Təsadüflərə inanmıram. Allahım hər şeyi o qədər gözəl düzüb-qoşur ki... Heç bir zaman dilimdən düşməyən “Şükür” kəlməsi... Əllərimi, qollarımı, ürəyimi açdığım rəbbimə şükürlər olsun. Mənə sevməyi öyrədən, sevilməyi hiss etdirən uca Allahım. Allahım verdiklərin üçün ayrı, aldıqların üçün ayrı minnətdaram. 

"Ana" kəlməsini söyləyərkən qəhərlənib için-için ağlayıram. Sevinclə qarışıq, bir çox tərifi olmayan duyğular yaşayıram. Anam, yeni yaşın mübarək. Allah sənə uzun, sağlam ömür verisn. Rəbbim sevdiklərimizi qorusun”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...