Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ATV-nin Mətanəti 16 yaşlı azyaşlı qızı "Gəlin" kimi efirə çıxartdı - Turandan AÇIQLAMA - VİDEO

Atv-də yayımlanan “5gəlin” verilişində 16 yaşlı Leyla Yəhyayeva gəlin namizədi kimi iştirak edib.

 ATV-də yayımlanan “5 gəlin” verilişində 5 gəlin qaynana tərəfindən qoyulan tapşırıqları yerinə yetirərək, cehiz uğrunda yarışır.

16 yaşlı qızın gəlinlərlə bağlı olan bir verilişdə iştirakı ciddi suallar doğurur.

Azyaşlının bu verilişdə iştirakı ilə bağlı kanalın İctimai-Siyasi Məsələlər və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Turan İbrahimovla əlaqə saxladıq: “Verilişin əsas məqsədi ərə getməyə hazır olan qızlarıın yarışmasıdır. Ərə gedəcək, konkret ailənin gəlini olacaq qızların ev işlərilə bağlı, məişət qayğıları ilə bağlı maarifləndirilməsidir. 16 yaşlı qızın da iştirakı nəzərdə tutulan formata uyğundur. Yarış məhz onların üzərində qurulub. Bu irad yersizdir. Veriliş ikinci mövsüm yayımlanmasında məqsəd bu istiqamətdə uğur qazanıb, tamaşaçılar tərəfdən rəğbətlə qarşılanmasıdır. Kiçik yaşlı qızlara gəlincik verməklə onu uşaq böyütməyə, tərbiyə etməyə alışdırırıq. Həmçinin, azərbaycanlılarda ərlik qız anlayışı var ki, bu da adətən 15 yaşdan etibarən qızların artıq ərlik yaşa qədəm qoyması deməkdir. Burda nə evli, nə də nişanlı xanımlar iştirak etmir, ərə getməyə hazırlaşan qızlar iştirak edir. Ona görə də 16 yaşda bir qızın verilişdə iştirak etməsi problem yaratmır. Bu Azərbaycan mentalitetinin, reallığının təzahürüdür. Bu veriliş bütün yaş qruplarına aid tamaşaçılar üçün nəzərdə tutulub. MTRŞ-nın nəzərdə tutduğu qanunlar əsasında fəaliyyət göstərir. Evliliklər qısa müddətdə dağılır, səbəb evlənən qızların qaynanası ilə yola getməməsi, ev işlərini görə bilməməsidir. Biz də indidən onun təbliğatını aparırıq”.


 

a24.az
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...