Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Damarlarının çürüdüyü deyilən Əməkdar artistdən səhhəti barədə - AÇIQLAMA

Bir neçə gündür mətbuatda Əməkdar artist Natiq Şirinovun səhhətində ciddi problemlər olması barədə informasiyalar yayılıb.

Mynews.az xəbər verir ki, N.Şirinov sözügedən məsələ ilə bağlı mətbuata açıqlama verib.

O bildirib ki, 4 dəfə əməliyyat olunduğu doğru olsa da, ancaq bu hadisələr 2004-cü ildə baş verib: “Xırda damarlarda tutulmalar yaranmışdı. Amma bu, artıq keçmişdə qalıb. Hazırda səhhətimdə heç bir problem yoxdur. Mütəmadi olaraq müayinələrdən keçirəm. Narahat olunacaq bir səbəb yoxdur. Bir-birinin ardınca konsertlərimiz olur. Bu yaxınlarda Gürcüstanda “One Caucasus” festivalında və Soçidə səfərdə olmuşuq. Bu xəbərdən sonra mənə görə narahat olan dəyərli xalqıma minnətdarlığımı bildirirəm. Bir daha söyləyirəm, səhhətimdə hər şey qaydasındadır. İrəlidə gözəl layihələr və görəcəyimiz çox işlər var”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...