Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Texniki işçilər aktyora HÜCUM ETDİ - Şər, böhtan, iftira, təhqir... - VİDEO

İrəvan Dövlət Azərbaycan Dram Teatrında dava düşüb. Aktyor Elçin Hacılı teatrın texniki işçiləri tərəfindən döyülüb. Bunu döyüldüyünü iddia edən həmin aktyor özü deyib. 

Mynews.az xəbər verir ki, o, ölkə.az-a açıqlamasında bildirib ki, qadınlar onu şərləmək istəyiblər: "Məni şərləmək istəyirlər. Amma niyə belə etdiklərini bilmirəm. Üç-dörd qadın-Nərminə Ağayeva, Sevinc Hüseynova və tanımadığım başqa qadınlar məni otağa salıb, üstümə cumdular. Nə baş verdiyini anlamadım".

Qalmaqallı hadisə ilə bağlı məlumat almaq üçün teatra zəng etdik. Teatrın kadrlar şöbəsinin rəhbəri Nərmin adlı xanım mədəniyyət ocağında baş verən davanı təkzib etməsə də, aktyor Elçin Hacılının iddialarının əsassız olduğunu bildirdi.

Texniki işçilər aktyora HÜCUM ETDİ: Şər, böhtan, iftira, təhqir... - VİDEO

Onun sözlərinə görə, hadisədə adı çəkilən xanımlardan biri Sevinc Hüseynovanın ürəyi gedib və hələ də işçilər onu özünə gətirməyə çalışırlar: “Sevinc xanımın ürəyi gedib, təcili yardım da çağırmışdıq, gəlib sakitləşdirici iynə vurublar, amma köməyi olmayıb. Elçin Hacılı niyə belə məlumat yayıb bilmirik. Amma onun dediklərinin heç bir əsası yoxdur. Burada heç kim onu şərləmir, heç bir sevgi macərasından da söhbət gedə bilməz. Aktyor kimi də onun işindən narazılıq yox idi, işə də normal gəlir. Niyə belə deyib, bilmirik”, - deyə müsahib bildirir.

Texniki işçilər aktyora HÜCUM ETDİ: Şər, böhtan, iftira, təhqir... - VİDEO

Qalmaqalda adı çəkilən Nərminə Ağayeva əslində teatrın mətbuat xidmətinin rəhbəridir. Yerində olmadığından ondan məlumat almaq cəhdimiz baş tutmadı. Teatrdan verilən məlumata görə, hazırda son qalmaqallı hadisə ilə bağlı iclas keçirilir və N. Ağayeva da iclasda iştirak edir.

Dava baş verən vaxt İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev işdə olsa da, hadisə ilə bağlı açıqlama vermək istəmədi. Kadrlar şöbəsinin rəhbəri bildirdi ki, İ. Piriyevin başı qarışıq olduğundan açıqlama verə bilməyəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...