Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hüseyn Dəryanın oğlu ermənilərin qurbanı olan Zəhra üçün birincilik qazandı - Yarışmanın unudulmaz anları - FOTOLAR

Ermənilər tərəfindən qətlə yetirilmiş 2 yaşlı Zəhranın xatirəsinə həsr olunan “Fashion kids show” keçirilib.

Axşam.az-ın məlumatına görə, uşaqlar arasında keçirilən gözəllik müsabiqəsini rejissor Zöhrab Ağayev (Zorik) təşkil edib.

Yarışmada münsif kürsüsündə modelyerlər Leyla Əhmədova, Sako, rejissor Kənan M.M., idmançı Kamil Zeynallı, prodüser Təranə Səmədova, Həsən Həsərtli əyləşib. Müğənni Natavan Həbibinin də münsif kürsüsündə olacağı deyilsə də, ifaçı gecəyə qatılmayıb. Zorik bildirib ki, buna səbəb sənətçinin səhhətində problem yaranmasıdır.  

Yarışmada birinci yerin qalibi Məryəm Qafarzadə olub. Balacalar içərisindən isə qızlar arasında Suel Səmədzadə, oğlanlar arasında isə Cahangir Dərya birinci seçiliblər.

Aparıcılığını İlahə Nizamiqızının etdiyi gecə maraqlı anlarla yadda qalıb.

 

 

 

 

 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...