Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tanınmış musiqiçi arvadını və baldızını öldürdü

Türkiyənin tanınmış musiqiçisi Emre Güvener həyat yoldaşı və baldızını öldürdükdən sonra intihara cəhd edib.

Mynews.az Haberler-ə istinadla bildirir ki, hadisə dünən axşam saatlarında İstanbulun Kağıthane səmtində baş verib.

Serial və bəzi filmlər üçün mahnı bəstələyən, "Sor Bana" adlı albom çıxaran musiqiçi dünən axşam yanvar ayında ailə qurub, 6 aydır ayrı yaşadığı həyat yoldaşının evinə gedib. Evdə qadının bacısı da olub.

Onlar arasında mübahisə yaranıb. Mübahisə əsnasında Emre belindəki silahı çıxararaq xanımı Zerrin Demir Güveneri və baldızı Betül Demiri başından tək güllə ilə öldürüb. Musiqiçi daha sonra intihara cəhd edib. Xəstəxanaya çatdırılan Emre hazırda reanimasiyadadır.

Məsələ ilə bağlı araşdırma aparılır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...