Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Dünya şöhrətli həkim Bakıya gəlir - BÜTÜN PROBLEMLƏRİN ÇARƏSİ ONDA

Humanistik Psixodramanın banisi, Bergerhauzen (Almaniya, Duysburq şəhəri) Psixoterapiya İnstitutunun direktoru, Beynəlxalq Kliniki Psixologiya və Psixoterapiya mərkəzinin direktoru, N.A. Nekrasov adına Kostroma universitetinin fəxri professoru, Sosial psixologiya kafedrasının professoru, Kliniki psixologiya ve psixoterapiya sahəsinin aparıcı mütəxəssisi və ABŞ-da Kaliforniya universitetinin Fəxri Professoru.

Prof.Dr. Hans-Werner Gessmann Humanistik Psixodramanın ilk kəşf edənlərindən biri və bu mövcud istiqamətin yaradıcısı olmuşdur. Prof. Gessmann Humanistik Psixodrama sahəsi üzrə 
bir çox empirik araşdırmaların və müxtəlif psixoloji mövzularda 100-dən artıq nəşrlərin müəllifidir.

Prof.Dr. Hans-Werner 1973-cü ildə Almaniyanın Duysburq şəhərində bu günə qədər dünya üzrə 1500-dən artıq psixoterapevtin təkmilləşməsi, keyfiyyətli iş əmsalının və məhsuldarlığının artırılması mərkəzi kimi fəaliyyət göstərən Bergerhauzen Psixoterapiya İnstitutunun təməlini qoyub. Psixodrama artıq bir neçə onilliklərdir ki, rollu oyunları, terapevtik teatr formalarını və qrup şəklində terapevtik əsasları öz işində cəmləyən psixoterapiyanın yoxlanmış formasıdır. Humanistik Psixodrama terapiya forması kimi xüsusi terapevtik qruplarda, amma metod kimi isə digər qrupların daxilində də tətbiq oluna bilər.

Belə ki, məsələn, Psixodramatik metodların tətbiqi - stasionar müəssisələrdə, müxtəlif təyinatlı sığınacaqlarda, bağçalarda, körpələr evlərində, təhsil (məktəblərdə, hazırlıq kurslarında və s.) və səhiyyə müəssisələrində, terapevtik cəmiyyətlərdə və xüsusi ambulator xəstələrlə olan qruplarda nəzərdə tutulub. Humanistik Psixodrama uşaq terapiyasında, gerontoterapiyada və asılılıqların müalicəsi işlərində də geniş istifadə olunur. Psixodramatik qrupun iştirakçıları psixodramatik sessiyanın aparıcısı ilə birgə Protaqonistin (baş qəhrəman) hərəkəti üçün geniş şərait yaradan terapevtik vəziyyət yaradırlar. Psixodramatik oyunda Protaqonist (baş qəhrəman) qrupla birgə yeni-aktual vəziyyətlər yarada və onu istədiyi kimi dəyişə bilər. Sessiyanın iştirakçıları ilə Protaqonistin (baş qəhrəman) hisləri arasında balans əldə edilirsə, onda spontanlıq yaranır. Bu spontanlığın köməkliyi ilə insan öz sosial aləmini dəyişə bilər.

Humanistik psixologiya və psixoterapiya,
Humanistik psikodrama metodları ilə praktik təlim işi,
Yekun refleksiya.

Bu sahənin aparıcı mütəxəssisi tərəfindən tədris 
edilən təkmilləşmə, keyfiyyətli iş əmsalının və məhsuldarlığının yüksəldilməsi məqsədi ilə təşkil olunan unikal Alman-Azəri 2 günlük Master-class təlim kursunda iştirak etmək imkanını qaçırmayın! 

İştirakçılar üçün qulaqcıqlarla peşəkar sinxron tərcümə təşkil olunub.

The İAPD sizi Beynəlxalq tədbirdə iştirak etməyə dəvət edir!

Tədbirin sonunda Alman Prof.Dr. Hans-Werner tərəfindən iştirakçılara Beynəlxalq kliniki psixologiya və psixoterapiya mərkəzinin və Bergerhauzen psixoterapiya institutunun 
Beynəlxalq SERTİFİKATI ilə təltif olunacaqlar.

Yerlər məhduddur!

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...