Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Əməkdar artist" adı alan Vasif Məhərrəmli - "Prezidentimizin qarşısında baş əyirəm"

Prezident İlham Əliyevin bu gün fəxri ad verdiyi mədəniyyət işçiləri arasında tanınmış müğənni Vasif Məhərrəmli də var. Ona “Əməkdar artist” fəxri adı verilib.

Mynews.az  publika.az-a istinadən xəbər verir ki, fəxri ad almağından xəbəri olmayan sənətçi məlumatı eşidib sevincini bu sözlərlə ifadə etdi: “Cənab prezidentin mübarək imzasıyla o ada layiq görülmək şərəfdir, qürurvericidir. Mənim kiçik sənətimə böyük qiymət verib “Əməkdar artist” adını verirsə, mən onun qarşısında öz adımdan, ailəm və sevənlərim adından baş əyirəm”.

Qeyd edək ki, İlham Əliyev bu gün bir sıra mədəniyyət nümayəndələrini mükafatlandırıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...