“Anam pedofil idi, mənimlə cinsi yaxınlıq etmək istəyirdi” - Müğənnidən etiraf
TV proqramlarının birində qonaq olan dünya şöhrətli irlandiyalı müğənni Sayned Konnor dəhşətli etiraflar edib.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, ifaçı uşaqlığının cəhənnəm əzabı olduğunu bildirərək keçirdiyi həyatı bu sözlərlə ifadə edib:
"Valideynlərim ayrıldıqdan sonra bacılarım və mən anamla bir evdə yaşamağa başladıq. Anam yaxşı deyildi. Sanki sadist bir pedofil idi. Elə bil onu şeytan ələ keçirmişdi. Fiziki olaraq bizi incidəndə üzündə gülümsəmə olurdu. O, bundan zövq alırdı. Anam bizi hər gün döyürdü. Həmişə mənə "kaş ki, sən doğulmazdın" deyirdi. O, oğlan uşağı arzu edirdi. Ona görə də məni oğlan kimi geyindirib, saçlarımı qısa kəsdirirdi".
Yay tətillərinin də dəhşətli keçdiyini bildirən ifaçı sözlərinə belə davam edib:
"Anamın ayaq səslərini eşidəndə dəhşətli bir günə oyandığımızı bilirdik. O, mənimlə cinsi yaxınlıq etmək istəyirdi. Bu işgəncələr 13 yaşımadək davam etdi. Nəhayət, 13 yaşımda evdən qaçdım və canımı qurtardım".
Anasının 1986-cı ildə yol qəzasında öldüyünü deyən müğənni onu bağışladığını bildirib:
"Ona baxa bilmədiyim üçün çox peşmanam. Kaş əlimdən bir şey gələrdi və onu bu cəhənnəmdən qurtarardım".
Qeyd edək ki, 50 yaşlı S.Konnor danışarkən göz yaşlarını saxlaya bilməyib.
Maqazin
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
- Məşhur aktrisa əri haqda yayılan xəyanət iddialarına son qoydu
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 960 dəfə oxunub
- Emin Ağalarov söz verdi 960 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 958 dəfə oxunub