Amaliya Pənahova: O filmdəki sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim
“Bizim tamaşaçılarımız hələ açıq-saçıq səhnələrə alışmayıb və bunu birdən-birə həzm etdirmək olmaz. Digər tərəfdən, bizdə bu səhnələri professional səviyyədə çatdıra bilmirlər”.
Mynews.az xəbər verir ki, bunu kulis.az-a müsahibəsində Xalq artisti Amaliya Pənahova deyib.
“Təhminə” filmindən söz açan aktrisa bunları bildirib: “Mən “Təhminə”də açıq heç nə görmürəm. Tamaşasını Fuad Poladovla mən ifa edirdim. Biz o yüksək sevgi səhnələrini çox estetik şəkildə canlandırmışdıq, bununla heç kəsin duyğularını qıcıqlandırmamışdıq. Hər dövrün, hər tamaşaçının öz zövqü, öz dünyagörüşü var. Mənim müəllimlərim olmuş Ədil İsgəndərov, Tofiq Kazımov deyirdilər ki, heç vaxt tamaşaçının zövqüylə addımlamayın, çalışın, siz tamaşaçını öz ardınızca apara biləsiniz. Tamaşaçılar da gərək filmin bədii tərəfinə baxsın da, uyğunsuz olan bir nöqtədən yapışmasınlar”.
A.Pənahova deyib ki, “Təhminə” rolunu o oynamaq istəyib: “Filmdə mən çəkilmək istəyirdim, bu istək neçə ildir ki, mənim ürəyimdə qalıb. O zamanlar mənə sirr idi ki, niyə Rasim Ocaqov mənə heç təklif də etmədi? İstanbulda Beynəlxalq Kino Festivalında olanda, rəhmətlik Ocaqovla söhbət açıldı, o, mənə gözəl sənətkar olduğumu dedi, mən də izin vermədim ürəyimdə qubar qalsın, dedim, mən gözəl sənətkar olsaydım, siz “Təhminə”yə çəkərdiniz. O da heyrətlə bir mənə, bir yoldaşıma baxdı və dedi: “Filmdəki açıq səhnələrə görə rolu sənə təklif etməyə ürək etmədim, qorxdum birdən razılaşmazsan”. Sizə dediyimi o zaman ona da demişdim ki, filmdə açıq heç bir şey görmədim və mən o sevişmə səhnələrinə məmnuniyyətlə çəkilərdim. Ona görə də bir neçə il öncə düşünmüşdüm ki, eyniadlı filmi özüm fərqli şəkildə çəkim və baş rolu da özüm ifa edim”.
Maqazin
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
- Məşhur aktrisa əri haqda yayılan xəyanət iddialarına son qoydu
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 977 dəfə oxunub
- Emin Ağalarov söz verdi 977 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 975 dəfə oxunub