Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Heç vaxt açıq-saçıq geyinməmişəm" - Oksana

"İl yarım ərzində 5 filmdə baş rola çəkilmişəm. Onlar arasında üçü artıq təqdim olunub, digər 2-si isə bu ilin sonuna kimi hazır olacaq. "Bayram axşamı" da komediya filmidir. Komediya janrında çəkilmək çox çətindir. Elə aktyor və aktrisalar var ki, 30-40 il sənətdədirlər, amma komediyaya çəkilməyə cəsarət etmirlər".

Bu sözləri axşam.az-a açıqlamasında rəqqasə Oksana Rəsulova deyib. 

Rol aldığı "Bayram axşamı" filminin qala-gecəsinə qatılan sənətçi libasından danışıb. O bildirib ki, açıq-saçıq geyimlərə üstünlük vermir:

"Geyimimi bu gecəyə özəl olaraq hədiyyə ediblər. Ümumiyyətlə, paltarlarımın qiymətindən danışmağı sevmirəm. Ucuzdur və ya bahadır - buna çox da əhəmiyyət verən biri deyiləm. Qiymətləri normal olur. Heç zaman açıq-saçıq geyinməmişəm. Düşünmürəm ki, bundan sonra da geyinəm".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...