Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İbrahim Tatlıseslə oğlunun dialoqu hər kəsi güldürdü - VİDEO

Tanınmış müğənni İbrahim Tatlısesin oğlu İdo Tatlıses 25-ci doğum gününü İstanbuldakı məkanların birində, səhnədə qeyd edib.

Mynews.az axşam.az-a istinadən bildirir ki, Dilek Çıtak və Derya Tunanın da qatıldığı gecədə İdo mahnı oxuyarkən İbrahim konsertə telefonla qatılıb.

Anası "atan zəng vurur" deyərək telefonu oğluna verib.

İdonu təbrik üçün zəng edən müğənni ilə oğlu arasında maraqlı dialoq yaşanıb.

İdonun "Mən doğularkən Tatlıses idim, sən sonradan olmusan, deməli plaqiatsan" sözünə İbrahim, "Mənimlə özünü bir tutursan? Əsl Tatlıses mənəm. Mən plagiat deyiləm, sən mənim plagiatımsan", - deyə cavab verib.

 

Oğlu isə daha sonra "Amandır atacan, səsini yüksəltmə, sonra batar" deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...