Hamilə olan Natavan və Dadonun evliliyi ilə bağlı SENSASİON FAKTLAR - "Yalandan..."
ARB Ulduz-un "Şou məkan" verilişinin növbəti qonağı müğənni Natavan Həbibi və onun həyat yoldaşı, reper Səid Əliyev (Dado) olub.
Müğənni və reper yeni evliliklərindən söz açaraq, ağız dolusu danışıblar.
Natavan Həbibi: "Bir yerdə gəzməyə çıxırıq. Məclislərə də birlikdə gedirik. Ailə qurduqdan sonra harasa getmək mənim üçün daha maraqlı olub".
Müğənni daha sonra onun barəsində yayılan xəbərlər də aydınlıq gətirib:
Natavan Həbibi: "Yalan xəbərlər yayırlar. Çünki məndən eşitmədikləri, xəbər almadıqları yerdə bu xəbəri bu qədər insanın öhtəsinə buraxmaq səhv addımdır. Qınayıram, olmaz. Əgər belə bir şey varsa, bunu mən deməliydim. Yalançı jurnalistlər kimi tanındılar həmin insanlar. Bu qədər ciddi mövzuda bu cür hərəkət etmək olmazdı".
Reper Dado da həyat yoldaşından heç də geri qalmayaraq onun ünvanına xoş sözlər səsləndirib:
Səid Əliyev: "Natavan çox tələbkardır. Çox təmizkardır. Biri var təmizkar, biri də var çox təmizkardır".
Cütlük onların evliliklərinin qurma olduğunu iddia edənlərin mesajlarını da cavabsız qoymadı:
Natavan Həbibi: "Mən heç kimə cavab verməyəcəm. Heç kimə hesab da verməyəcəm. Kim necə fikirləşmək istəyir, kim dünyanı necə görür, elə də görəcək. Kim səni yaxşı görmək istəyirsə, yaxşı görəcək. Kim səni pis vəziyyətdə görmək istəyir, elə də görəcək. Allah hər kəsin ürəyinə görə versin. Bizim haqqımızda kim nə düşünürsə, o, onun şəksi fikridir. Məni qətiyyən maraqlandırmır. Mən özümü və həyat yoldaşımı yaxşı tanıyıram".
Səid Əliyev: "Bu evlilikdə reklamlıq bir şey yoxdur. Natavanın reklama ehtiyacı yoxdur. Bu, reklam üçün edilə bilməzdi. Ağlı başında olan adam bunu anlayar".
Natavan Həbibi: "O, reperdir. Onun qatıldığı tədbirlər, ifa etdikləri, onun olduğu məkanlar tamam ayrıdır, mənimki tamam ayrı. Nə mən onun sənətinə müdaxilə edirəm, ya da edə bilərəm, nə də o, məndə hansısa səhv gördü ki, onu düzəltsin. Çünki hər şey illərdir öz yolu ilə gedir".
AzNews.az
Maqazin
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
- Azəri qızı Günel Ebru Gündeşə od püskürdü
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 987 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 960 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 949 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 949 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 946 dəfə oxunub