"Biabırçılıqdır, bəzi aşıqlar var ki, özlərinə hörmət qoymur..." - Aşıq Əli SÖZ ATDI - VİDEO
"Aşıqların bəziləri çox biabırçı şəkildə, şəxsiyyətlərinə hörmət qoymadan sazı pis gündə ifa edirlər. Çox bərbad vəziyyətdir. El şənliklərində utanıram. Xalqın da hərəsinin bir zövqü var. Hər kəs sazı sevib, incəliklərini bilə bilməz. Saz sənəti ilə maraqlanmayanlar da o cür insanları görəndə, dinləyəndə elə bilirlər ki, bu belə də olmalıdır".
Bu sözləri aşıq Əli Tapdıqoğlu "ARB TV"nin "Gəlin danışaq" verilişinə açıqlamasında deyib.
Aşıq efirlərdən şikayətlənib:
"Efirlərimizdən çox şey asılıdır. O cür insanları efirə çıxartmaq olmaz. Mən onlarla bir məclisdə olanda eyni hərəkəti eləmirlər. Bəziləri bu sənətə qalmaqalla gəlib. Amma artıq o zaman çoxdan qapanıb. Hamı artıq sənətə baxır. Sənəti yaxşı olana hörmət edirlər. Bir neçə adam mənə söz atıb, amma ona bir söz deməmişəm. Efir sənət üçündür, söz-söhbət üçün yox".
Əli keçirilən aşıq müsabiqələrindən danışıb:
"Pis deyil. Gərək reallıq olsun. Bunlar dövlət səviyyəsində olsa daha yaxşı olar. 2007-ci ildə belə yarışma oldu, ondan sonra keyfiyyətli müsabiqə görmədim. Aşıqlar birliyi də bu məsələ üçün çalışır. Gənclərə dəstək olub, onlarla maraqlanırıq. Müəyyən gənclər var ki, bizim yanımızdadır. Bəziləri var ki, uçurumdadırlar. Ona görə ki, onlar bəzi təkliflərə gedib sənəti ucuzlaşdırırlar. Bu gün sənətini satan sabah şəxsiyyətini də satar".
Maqazin
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm"
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO
- Tarkan sevənlərinə MÜJDƏLİ XƏBƏR - "İnanın ki..."
- Tanınmış aparıcı 3 il sonra efirə qayıtdı - Bu kanalda çalışacaq (FOTO)
- Nüşabə Musayeva - “Röya məni təhdid edə bilməz”
- Demet Akalın həbs edilən Dilan Polad haqda - "Bu səbəbdən ondan uzaqlaşdım"
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 971 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 938 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 929 dəfə oxunub